Füzuli RİH başçısı Alı Alıyev Aşağı Yağlıvənd kəndində qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 10.03.2026-cı il tarixdə Aşağı Yağlıvənd kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və müvafiq xidmət sahələrinin nümayəndələri iştirak etdilər.
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev çıxış edərək bildirdi ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli məqsədilə səyyar qəbullar qrafikinə əsasən bütün yaşayış məntəqələrində keçirilir.
Səyyar qəbulda zamanı kənd sakinlərinin müraciətlərinə qanunamüvafiq izahatlar verildi, araşdırma və vaxt tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.






