Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev Aşağı Yağlıvənd kəndində səyyar qəbul keçirdi!

08 may 2025 | 19:55

Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 08.05.2025-ci il tarixdə Aşağı Yağlıvənd kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.

Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək Füzuli rayonunda əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.

Daha sonra kənd sakinlərinin təklifləri, müraciətləri dinlənilərək onları narahat edən problemlərin həlli istiqamətində tədbirlər müəyyənləşdirildi.

Keçidlər