Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev Bala Bəhmənli kəndində vətəndaşlarla səyyar qəbul keçirdi!

04 fevral 2026 | 17:05

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 04.02.2026-cı il tarixdə rayonun Bala Bəhmənli kəndində səyyar qəbul keçirdi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun idarə-müəssisə, xidməti təşkilatların rəhbərləri, kənd sakinləri iştirak etdilər.

Səyyar qəbulda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs etdi.

Sonra kənd sakinlərinin müraciətlərinə dinlənildi. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər