Füzuli RİH başçısı Alı Alıyev Beyləqan rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 06.11.2025-ci il tarixdə Beyləqan rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti- quruculuq işlərindən, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə məlumat verdi. Daha sonra sakinlərin müraciətləri dinlənildi.
Səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərin bir qismi ilə bağlı qanunamüvafiq izahatlar verildi, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.






