Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev Birinci Qarabağ Müharibəsinin şəhidi Rafiq Cəfərovun yas mərasimində iştirak etdi!

17 may 2026 | 13:41
Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli Rayon Polis Şöbəsinin rəisi Zaur Abbasov, RİH nümayəndələri və rayon ictimaiyyəti 33 ildən sonra nəşinin qalıqları tapılaraq dəfn olunan, Birinci Qarabağ Müharibəsinin şəhidi Rafiq Cəfərovun yas mərasimində iştirak ediblər.
Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsində keçirilən yas mərasimində iştirak edən rəsmilər mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verib, ruhuna dualar oxuyaraq ehtiramlarını bildiriblər. Yas mərasimi adət-ənənəyə uyğun olaraq təşkil olunmuşdur.
Keçidlər