Füzuli RİH başçısı Alı Alıyev Birinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 15.05.2025-ci il tarixdə Birinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Polis şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-tikinti işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə qəsəbə sakinlərinə qısa məlumat verdi.
Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verərək müraciətlərin nəzarətə götürülməsini bildirdi.