Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev Əhmədbəyli kənd sakinləri ilə səyyar qəbul keçirdi!

13 mart 2025 | 09:13

Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 11.03.2025-ci il tarixdə Əhmədbəyli kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda Rayon Prokuroru Ramiz Əliyev, Polis şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən bəhs etdi.
Səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırılan məsələlərin bir qismi ilə bağlı qanunamüvafiq izahatlar verildi, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər