Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev Gəncə şəhərində müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi!

05 iyun 2026 | 15:51

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 05.06.2026-cı il tarixdə Gəncə şəhərində müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Gəncə şəhərində müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər. Qəbulda çıxış edən rayon rəhbəri səyyar qəbulların Azərbaycan Respubılikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçirildiyini qeyd etdi. Qəbul zamanı vətəndaşların səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Keçidlər