Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev İkinci Mahmudlu kəndində qəbul keçirdi!

06 mart 2026 | 17:59

Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 06.03.2026-cı il tarixdə İkinci Mahmudlu kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək Füzuli rayonunda əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
Səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərin bir qismi ilə bağlı qanunamüvafiq izahatlar verildi, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər