Füzuli RİH başçısı Alı Alıyev İkinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi!
15 may 2025 | 17:50
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 15.05.2025-ci il tarixdə İkinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Polis şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev keçirilən səyyar qəbulların bütün yaşayış məntəqələrini əhatə etdiyini bildirdi və əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi.
Səyyar qəbul zamanı kənd sakinləri müxtəlif mövzularda müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənildikdən sonra qanunamüvafiq izahatlar və aiddiyyəti üzrə tapşırıqlar verildi.