Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev İmişli rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi!

10 aprel 2026 | 17:22

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 10.04.2026-cı il tarixdə İmişli rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və İmişli rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.

RİH başçısı Alı Alıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan, azad edilmiş ərazilərdə, eləcədə Füzuli rayonunda aparılan tikinti-quruculuq işlərindən bəhs etdi.

Daha sonra rayon rəhbəri tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi ilə bağlı RİH başçısı tərəfindən qanunamüvafiq izahatlar verildi, digər məsələlərin həlli istiqamətində addımlar müəyyənləşdirilərək nəzarətə götürüldü.

Keçidlər