Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev Masallı rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi!

13 may 2026 | 17:07

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 13.05.2026-cı il tarixdə Masallı rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Masallı rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.
Səyyar qəbulda sakinlərə işğaldan azad olunmuş Füzuli şəhərində və rayonun digər yaşayış məntəqələrində aparılan tikinti-quruculuq işləri haqqında məlumat verildi. Sonra məcburi köçkünlərin müraciətləri dinlənildi və məsələlərin araşdırılıb həll olunması üçün tapşırıqlar verildi.

Keçidlər