Füzuli RİH başçısı Alı Alıyev növbəti səyyar qəbulu Əhmədalılar kəndində keçirdi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 07.05.2025-ci il tarixdə Əhmədalılar kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev səyyar qəbulların bütün yaşayış məntəqələrində mütamadi keçirildiyini və bunun müsbət nəticələr verdiyini qeyd etdi. Rayon rəhbəri Füzuli rayonunda görülən abadlıq-quruculuq işlərindən, eləcədə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-tikinti və infrastruktur lahiyələrindən bəhs etdi.
Hər bir vətəndaşın öz fikrini sərbəst ifadə etməsinə şərait yaradn RİH başçısı müraciətləri dinlədikdən sonra qanunamüvafiq izahatlar verdi. Müraciətlərin bir qisminin isə icraata götürülməsini tapşırdı.