Füzuli RİH başçısı Alı Alıyev qanunsuz küçə ticarətinə qarşı mübarizə ilə bağlı əraziyə baxış keçirdi!
13 iyul 2025 | 10:02
Füzuli rayonunda qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı tədbirlər mütəmadi olaraq davam etdirilir
13 iyul 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayonun “Dörd yol” adlanan ərazisində küçə ticarəti ilə mübarizənin vəziyəti və bununla əlaqədar verilən tapşırıqların icrası ilə yerində tanış olmaq üçün əraziyə baxış keçirdi. Sahibkarlarla maarifləndirici və izahedici söhbətlər aparıldı.






