Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev “Qəhrəmanlar Parkı”nda aparılan təmizlik-abadlıq işləri ilə tanış oldu!

07 iyul 2025 | 12:10

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda gedən təmizlik abadlıq işləri ilə tanış olmaq üçün parkda oldu. Alı Alıyev parkda yaradılmış səliqə-sahman, işıqlandırma sisteminin qurulması, yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilməsi, şəhid şəkillərindən ibarət xatirə lövhələrinin yerləşdiyi hissədə aparılan təmizlik-abadlıq işləri ilə yaxından tanış oldu. İşçilərlə səmimi söhbət edən rayon rəhbəri onlara lazımi tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər