Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev Saatlı rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi!

09 aprel 2026 | 17:08

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 09.04.2026-cı il tarixdə Saatlı rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Saatlı rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.

Füzuli RİH başçısı Alı Alıyev ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən bəhs etdi.

Qəbulda müraciət edən vətəndaşlar dinlənildi, onlara qanunamüvafiq izahatlar verildi və qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verildi.

Keçidlər