Füzuli RİH başçısı Alı Alıyev şəhid Barat Əliyevin anasının yas mərasimində iştirak etdi!
11 mart 2026 | 12:47
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon ictimaiyyəti ilə birlikdə şəhid Barat Əliyevin anası Qəndili Babayevanın yas mərasimində iştirak edərək ailəsinə başsağlığı vermişdir.
Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsində keçirilən mərasimdə mərhumun ruhuna dualar oxundu, ailəyə dövlətin daim göstərdiyi qayğı bir daha diqqətə çatdırıldı.
Qeyd edək ki, Füzulidə artıq 12 ildir ki, yas mərasimləri israfçılıqdan uzaq, sadə və ənənəvi qaydada təşkil olunur.






