Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı Alı Alıyev şəhid Niyaməddin Orucovun anasının yas mərasimində iştirak etdi!

01 dekabr 2025 | 17:42
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, RİH nümayəndələri və rayon ictimaiyyəti şəhid Niyaməddin Orucovun anasının yas mərasimində iştirak edərək ailəsinə başsağlığı verdilər.
Füzuli rayonunun Böyük Bəhmənli kəndində keçirilən mərasimdə mərhumun ruhuna dualar oxundu, ailəyə dövlətin daim göstərdiyi qayğı bir daha diqqətə çatdırıldı.
Qeyd edək ki, Füzulidə artıq 11 ilə yaxındır yas mərasimləri israfçılıqdan uzaq, sadə və ənənəvi qaydada təşkil olunur.
Keçidlər