Füzuli RİH başçısı Alı Alıyev Şükürbəyli kəndində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 06.05.2025-ci il tarixdə Şükürbəyli kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda Polis şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkəmizin bütün bölgələrində, o cümlədən, Füzuli rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışaraq bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu vurğuladı.
Füzuli RİH başçısı Alı Alıyev səyyar qəbulda iştirak edən kənd sakinlərini fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar və tövsiyyələr verdi.