Füzuli RİH başçısı Alı Alıyev və Aparatın kollektivi tərəfindən Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı” ziyarət olundu!
25 dekabr 2025 | 17:00
31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Aparatın kollektivi tərəfindən Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksləri və şəhid şəkillərindən ibarət lövhələr ziyarət olundu, abidə önünə tər çiçəklər düzülüb, şəhidlərin ruhuna dualar oxundu.






