Füzuli RİH başçısı Alı Alıyev Yuxarı Kürdmahmudlu kəndində səyyar qəbul keçirdi!
04 noyabr 2025 | 17:15
04.11.2025-ci tarixdə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində Füzuli RİH başçısı Alı Alıyevin səyyar qəbulu keçirildi. Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənildi. Müraciətlərlərlə bağlı hüquqi izahatlar verildi. Müraciətlərdə qaldırılan məsələlərin araşdırılaraq həll edilməsi üçün Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti təşkilatlara tapşırıqlar verildi.






