Füzuli RİH başçısı Alı Alıyevin rəhbərliyi ilə fermerlərlə görüş keçirildi!
05 iyun 2026 | 17:52
Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar 05.06.2026-cı il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirildi.
Füzuli RİH başçısı Alı Alıyevin rəhbərliyi ilə keçirilən tədbirdə RİH-in məsul əməkdaşları, Füzuli Rayon Statistika İdarəsinin rəisi və rayon ərazində fəaliyyət göstərən fermerlər iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatının ayrı-ayrı sahələri haqda səsləndirdiyi fikirləri barədə tədbir iştirakçılarına məlumat verdi və kənd təsərrüfatının ölkə iqtisadiyyatının əsas sütunlarından biri olduğunu qeyd etdi.
Sonra tədbirdə iştirak edən fermerlər tərəfindən səsləndirilən təşəbbüslər və təkliflər dinlənildi.






