Füzuli RİH başçısı Alı Alıyev Beşinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 11.07.2025-ci il tarixdə Beşinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Alı Alıyev qeyd etdi ki, vətəndaşlarla keçirilən görüşlərin məqsədi onları narahat edən problemlərin yerindəcə öyrənilməsi,həmin problemlərin həlli istiqamətində operativ addımların atılmasıdır . Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı əsasən rayon sakinləri ilə mütəmadi olaraq keçirildiyini bildirən Alı Alıyev vətəndaşların müraciətlərinə həssas münasibətin göstərildiyini diqqətə çatdırdı.
Səyyar qəbul zamanı sakinlər dinlənildi, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələr verilərək nəzarətə götürüldü.






