Füzuli RİH başçısı Qaradağ rayonunda səyyar qəbul keçirdi
24 oktyabr 2025 | 15:28
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Bakı şəhəri Qaradağ rayonunda məskunlaşıb yaşayan Füzuli rayon sakinləri ilə səyyar qəbul keçirdi. Qəbulda müraciət edən rayon sakinləri dinlənildi, onlara qanunamüvafiq izahatlar verildi və qaldırılan problemlərin həlli aidiyyəti üzrə tapşırıldı






