Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH başçısı şəhid ailələrini ziyarət etdi

26 sentyabr 2023 | 14:03

Vətən torpaqlarının düşməndən azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. 27 sentyabr –Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunmuşdur. RİH başçısı Alı Alıyev şəhid ailələrinin arzu və istəklərini dinləmiş, problemləri ilə bir daha maraqlanmışdır. Görüşlər zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşməndən azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimizin ruhu ehtiramla yad edilmiş, onlara Allahdan rəhmət dilənmişdir. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər