Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli RİH və YAP rayon təşkilatı Şəhid ailə üzvləri üçün “Həmrəyliyimizin Zəfəri” adlı bayram tədbiri təşkil etdi!

30 dekabr 2022 | 18:34

Füzuli RİH və YAP Füzuli rayon təşkilatı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə “Təbriz“ şadlıq sarayında Füzuli rayonundan olan, rayon ərazisində və digər şəhər və rayonlarda məskunlaşıb yaşayan bütün şəhid ailələri və 18 yaşadək olan övladları üçün “Həmrəyliyimizin Zəfəri” adlı bayram tədbiri təşkil etdi. Tədbirdə Füzuli RİH-nin və YAP Füzuli rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Hüquq mühafizə orqanlarının rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, İctimai birlik və QHT rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər. Bayram şənliyi rəngarəng musiqi nömrələri, Şaxta baba və Qar qız, eləcə də müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə uşaqlar üçün hazırlanmış şou-proqramın nümayişi ilə davam etdi. Tədbirdə iştirak edən şəhid övladlarına hədiyyələr təqdim olundu.

Keçidlər