Şriftin ölçüsü :

Saytın rəngi :

"Füzuli Şəhəri Günü" təntənəli şəkildə qeyd olundu !

18 oktyabr 2023 | 09:27

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli “Şəhər Günü” tədbiri keçirildi.
Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak etdilər.
“Füzuli Şəhəri Günü” çərçivəsində geniş qala-konsert təqdim olundu. Tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirildi.
Tədbirdə “100 tar” adlı kompozisiya təqdim olundu. Ustad tarzənlər, uşaq, yeniyetmə və gənclərdən ibarət 100 nəfər tarzənin ifası maraqla qarşılandı.
Sonda atəşfəşanlıq oldu.

Keçidlər