Füzuli şəhərinə daha 30 ailə köçürüldü!
24 yanvar 2024 | 12:39
Yanvarın 24-də respublikanın müxtəlif ərazilərində yataqxana, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Füzuli şəhərinə yola salındı.
Bu mərhələdə Bakı şəhərindən 18 ailə (69 nəfər), Abşeron rayonundan 3 ailə (15 nəfər), Sumqayıt şəhərindən 3 ailə (13 nəfər), Beyləqan rayonundan 1 ailə (7 nəfər), Füzuli rayonundan 5 ailə (21 nəfər) Füzuli şəhərinə köçürülərək ümumilikdə daha 30 ailə, 125 nəfərin öz doğma torpaqlarında daimi məskunlaşması təmin edildi.
Qeyd edək ki, indiyədək Füzuli şəhərində 470 ailənin (1750 nəfər) daimi məskunlaşması təmin edilmişdir.