Füzuli şəhərinə daha 35 ailə köçürüldü !
29 mart 2024 | 11:02
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salındı. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürüldü.
Bununla da Füzuli şəhərində 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edildi.