Füzuli şəhərinə növbəti köç karvanı yola salındı!
27 mart 2024 | 17:57
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salındı. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürüldü.
Bununla da Füzuli şəhərinə 631 ailənin, yəni 2379 nəfərin daimi məskunlaşması təmin edildi.