Şriftin ölçüsü :

Saytın rəngi :

Füzulidə imtiyazlı xəstələrlə bağlı müşavirə keçirildi!

13 mart 2023 | 12:20

Füzulidə rayon ərazisində yaşayan imtiyazlı xəstələrin dərman təminatında yaranmış çətinlikləri aradan qaldırmaq, səyyar qəbullar zamanı vətəndaşların bu istiqamətdə səsləndirdikləri problemləri həll etmək məqsədi ilə Rayon İcra Hakimiyyətinin və Füzuli MRX PHŞ-nin birgə müşavirəsi keçirildi.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin rəhbərliyi ilə keçirilən müşavirədə RİH-nin əməkdaşları, Füzuli MRX PHŞ-nin direktoru və əməkdaşları, İƏD üzrə icra nümayəndələri və əməkdaşları, bələdiyyələr iştirak etdilər.

Rayon rəhbəri ərazidə yaşayan imtiyazlı xəstələrin, xüsusilə şəkər xəstəliyindən əziyyət çəkən xəstələrin dərman preparatları və qlükometrlərlə təminatında müəyyən problemlərin olduğunu diqqətə çatdırdı.

Alı Alıyev vətəndaşların səyyar qəbullar zamanı səsləndirdiyi dərman təminatındakı çətinliklər, məsafənin uzaqlığı baxımından yaşlı, əlil şəxslərin dərman almaq üçün Füzuli Tibb Mərkəzinə gedə bilməmələri məsələlərinə diqqət çəkdi.

Müşavirədə TƏBİB-in rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, qrafik üzrə ərazilərə təhkim olunacaq səyyar həkim briqadaları yaradıldı, ərazilərə təcili tibbi yardım maşınları təhkim olundu, imtiyazlı xəstələrin yerində müayinə olunmaları, zəruri dərman preparatları ilə təminatı üçün bu briqadalara və cavabdeh şəxslərə lazımi tapşırıqlar verildi.

Keçidlər