Füzulidə Polis Günü qeyd olundu!
Füzuli rayonunda 02 iyul 2022-ci il tarixdə "Polis Günü" münasibəti ilə tədbir keçirildi. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev, hüquq mühafizə orqanlarının rəhbərləri və Füzuli rayon Polis şöbəsinin əməkdaşları iştirak etdilər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoydular. Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev "Polis Günü" münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. RİH başçısı Prezident cənab İlham Əliyevin DİN-in fəaliyyətinin təkmilləşdirilməsindəki rolundan bəhs etdi. Alı Alıyev qeyd etdi ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət edib. Bütün polis əməkdaşlarına bu məsuliyyətli və şərəfli peşələrində uğurlar arzuladı.