Şriftin ölçüsü :

Saytın rəngi :

Füzulidə15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib!

14 iyun 2022 | 12:45

Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Füzuli RİH başçısı və əməkdaşları, YAP Füzuli rayon təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, Füzuli rayon təhsil sektorunun nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək, 15 iyun 1993-cü il tarixinin Azərbaycan xalqı üçün əsil qurtuluş, tariximizin dönüş nöqtəsi olduğunu və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını uğurla yerinə yetirdiyini bir daha diqqətə çatdırıb. Daha sonra Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir rayon Mədəniyyət evinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.

Keçidlər