Şriftin ölçüsü :

Saytın rəngi :

Füzulilərdən Türkiyəyə qardaş yardımı!

11 fevral 2023 | 12:16
Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ səbəbindən çoxsaylı insan tələfatı, yaralıların olması, dağıntıların baş verməsi bütün xalqımız kimi füzuliləri də ürəkdən kədərləndirdi, sarsıtdı. Hər zaman sevincimizə sevinib, kədərimizə kədərlənən, dar gündə köməyini bizdən əsirgəməyən, dilimiz, dinimiz bir olan bacı və qardaşlarımızın çətin anlarında yanlarında olmaq, birlik, həmrəylik nümayiş etdirmək hər birimizin mənəvi borcumuzdur.
Son günlərdə Füzuli rayonunda qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım edilməsi məqsədilə könüllü aksiyalara başlanılmışdır. Rayon sakinləri, könüllülər yorğan, döşək, isti geyimlər, gigiyenik vasitələr, uşaq bezləri, quru ərzaq məhsulları və digər zəruri vasitələrdən ibarət yardımlar toplamışlar. Artıq bu gün füzulilərin ilk qardaşlıq yardımı Türkiyəyə yola salındı. Allahdan zəlzələdə həyatını itirən bacı və qardaşlarımıza rəhmət, yaralılara şəfa, qardaş Türkiyə xalqına səbr və dözüm arzulayırıq.
Keçidlər