“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbirləri keçirilib!
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.11-ci yarımbəndinə əsasən Qaydanın 1.2-ci bəndində göstərilən orqanlar (qurumlar) tərəfindəndaxil olan məlumatlara əsasən 2022-ci il ərzində Füzuli rayonunda görülmüş işlər üzrə hazırlanan
CƏDVƏL
Sıra №-si |
Bəndin nömrəsi |
Tapşırığın, tövsiyənin məzmunu |
İcraçı orqanlar |
Tapşırığın, tövsiyənin icra müddəti |
İcranın gedişinə aid məlumat (görülmüş işlər) |
1 |
5 |
Gənclər arasında maarifləndirmənin istiqamətləri |
Füzuli Rayon İcra Hakimiyyəti Füzuli Rayon Polis Şöbəsi Füzuli Rayon Gənclər və İdman İdarəsi Füzuli Rayon Təhsil Sektoru Füzuli Mərkəzi Rayon Xəstəxanası Füzuli Qadın Resurs Mərkəzi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Füzuli rayon nümayəndəliyi |
2022-ci il ərzində |
Heydər Əliyev Mərkəzində “Ağ ölüm bəşəriyyətin qara bəlasıdır” adlı tədbir keçirilmişdir. Maarifləndirici tədbirdən 50 nəfər bəhrələnmişdir.
06 avqust 2022-ci il tarixdə Füzuli rayonunda erkən nikahların qarşısının alınması və gənclərin bu mövzuda maarifləndirilməsi məqsədilə “Erkən nikaha yox deyək!” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə 63 nəfər iştirak etmişdir.
26 avqust 2022-ci il tarixdə Füzuli rayonunda “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq” adlı tədbir keçirilmişdir. Tədbirdən 124 nəfər bəhrələnmişdir.
26 oktyabr 2022-ci ildə Füzuli rayonunda “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirdən 78 nəfər bəhrələnmişdir.
23 noyabr 2022-ci ildə Füzuli rayonunda “Erkən nikahların və qohum nikahların törədə biləcəyi fəsadlar” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdən 160 nəfər bəhrələnmişdir.
11 noyabr 2022-ci ildə Füzuli rayonunda “Uşaqları birlikdə qoruyaq” adlı təlim keçirildi. Tədbirdən 86 nəfər bəhrələnmişdir.
4 noyabr 2022-ci il tarixdə Füzuli rayonunda gənclərə milli-mənəvi dəyərlərimizin aşılanması məqsədilə Tarix-Diyarşünaslıq Muzeyinə məktəblilərin “Tariximizi öyrənək” adlı ekskursiyası təşkil olunub. Tədbirdə 90 nəfər iştirak etmişdir. 9 dekabr 2022-ci il tarixdə Füzuli rayonunda “Gender əaslı zorakılığa qarşı birgə mübarizə aparaq” adlı tədbir keçirilib. Tədbirdən 100 nəfər bəhrələnmişdir.
10 dekabr 2022-ci il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları gender əsaslı zorakılığa qarşı mübarizə məqsədilə 16 günlük aksiya çərçivəsində məlumatlandırıcı vəsaitlər hazırlamış və insanların sıx toplaşdığı ərazilərə yerləşdirmişlər. Maarifləndirmənin effektivliyini artırmaq məqsədilə Rayon İcra Hakimiyyəti əməkdaşları səyyar formada qadınlarla görüşmüş, söhbətlər aparmış, onlara məlumatlandırıcı buletlər paylamışlar. 6 dekabr 2022-ci il tarixdə Füzuli rayonunda “Gender zəminində zorakılıqla 16 günlük beynəlxalq mübarizə günü” çərçivəsində maarifləndirici tədbir keçirilib. 2 dekabr 2022-ci il tarixdə Füzuli rayonunda “Erkən nikahlar və qohum nikahlarların mənfi nəticələri” adlı maarifləndirici tədbir keçirilib. 230 nəfər bəhrələnmişdir 17 noyabr 2022-ci tarixdə Füzuli rayonunda “Dünya uşaqların gözü ilə” adlı dəyirmi masa təşkil olunub. Görüşdə müxtəlif orta məktəblərdən olan 35 şagird iştirak edib. 11 noyabr 2022-ci il tarixdə Füzuli rayon Baxşəli Əliyev adına Əhmədalılar kənd tam orta məktəbində “Fiziki aktivlik sağlam həyata açılan qapıdır” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə 180 nəfər bəhrələnmışdir. https://www.facebook.com/profile/100064835162522/search/?q=Fiziki%20aktivlik
2022-ci il ərzində Füzuli rayonunda keçirilən tədbirlərdə maarifləndirmənin effektivliyinin artırılması məqsədi ilə əyani vəsaitlər hazırlanmış və iştirakçılara paylanılmış, videoçarxlar nümayiş etdirilmişdir.
|
2 |
6.1.6 |
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (qeydiyyat şöbələri vasitəsilə), Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (xarici ölkələrdəki konsulluq idarələri vasitəsilə) və yerli icra hakimiyyəti orqanları (icra nümayəndəlikləri vasitəsilə) nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin edir; |
Füzuli Rayon İcra Hakimiyyəti |
2022-ci il |
2022-ci il ərzində Füzuli Rayon İcra Hakimiyyətinə nikah yaşının azaldılması ilə bağlı 13 müraciət daxil olmuşdur. Aparılan maarifləndirici söhbətlərin nəticəsi olaraq bunlardan cəmi 6 müraciət əsaslı araşdırılmış, üzürlü səbəbdən zərurət yarandığı üçün nikah yaşının azaldılmasına icazə verilmişdir. |