Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərin sosial fəallığının artırılması və müasir çağrışlara operativ cavab verilməsi”adlı tədbir keçirildi!

11 fevral 2026 | 18:01
Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının və Füzuli Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli RİH-nin, YAP Füzuli rayon təşkilatının və Füzuli Gənclər Evinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan bir qrup fəal gənclər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu gənclər siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və gənclər siyasitinin bu günki inkişafından bəhs etdi. Həmçinin Ülkər Bayramlı gənclərin təşəbbüskarlığının dəstəklənməsinin, vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin, müasir çağrışlara çevik və operativ reaksiya verə bilən savadlı, vətəndaş mövqeyi olan gənclərin formalaşdırılmasının vacibliyini diqqətə çatdırdı.
Daha sonra Füzuli Gənclər Evinin direktoru Seyfəddin Maqsudov, YAP Füzuli rayon təşkilatının əməkdaşı Rəfiqə Ələkbərova çıxış edərək Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü proqramlar gənclərin hərtərəfli inkişafına, onların ictimai-siyasi, sosial və mədəni həyatda fəal iştirakına geniş imkanlar yaratmasından bəhs etdilər.
Tədbir zamanı açıq fikir mübadiləsi aparılmış, onların təklifləri dinlənilmiş və gələcəkdə gənclərlə birgə fəaliyyət istiqamətləri müəyyən edilmişdir.
Keçidlər