Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirildi!
Füzuli rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirildi. Konfrans başlamazdan əvvəl bir qrup ziyalı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin əziz xatirəsinə böyük ehtiramlarını ifadə etdilər.
Füzuli Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən konfrasda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Füzuli rayon təşkilatının sədri, Füzuli MRX PHŞ-nin əməkdaşları iştirak etdilər.
Tədbir başlamazadan əvvəl Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Konfrans Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazovanın moderatorluğu ilə keçirildi.
YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək Zərifə xanım Əliyevanın elmi və ictimai-siyasi fəaliyyətindən, müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana olaraq əsil Azərbaycan qadını xarakteri daşımasından söz açdı. Zərifə xanım Əliyeva ilə birlikdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunda işlədiyi müddətdə onunla bağlı xoş xatirələrini konfrans iştirakçıları ilə bölüşən Almaz Həşimova Zərifə xanım Əliyevanın dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəldiyini, tibb elminə əvəzolunmaz töhvələr vermiş böyük oftalmoloq alim olduğunu bir daha vurğuladı.
Füzuli MRX PHŞ-nin direktoru Elçin Qurbanov çıxış edərək Zərifə xanım Əliyevanın bir həkim olaraq səhiyyə sahəsində gördüyü mühüm işlərdən, elmi-pedaqoji fəaliyyətindən və onun fundamental “Terapevtik oftalomolgiya” kitabının müəlliflərindən biri olduğundan söz açdı.
Füzuli MRX-nin Oftalomogiya şöbəsinin müdiri, həkim-oftalmoloq Şakir Xudiyev çıxışında Zərifə xanım Əliyevanın tələbəsi olduğu üçün fəxr etdiyini və bir oftamoloq alim olaraq Zərifə xanım Əliyevanın yazdığı əsərlərin müasir oftamologiyanın əsas mənbəyi olduğunu, çoxillik müşahidələrin, kilinik tədqiqatların və eksperimentlərin nəticələrinin Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etdiyini vurğuladı.
Daha sonra çıxış edən Füzuli MRX-nin həkimi Araz Şükürov müxtəlif göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanın misilsiz əməyindən və onun alim kimi qazandığı böyük uğurları Azərbaycan tibbi elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini diqqətə çatdırdı.