“Güclü lider-Qalib xalq” mövzusunda dəyirmi masa keçirildi !
İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə “Güclü lider-Qalib xalq” mövzusunda dəyirmi masa keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri, ziyalılar, şəhid ailələri, qazilər və gənclər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, ölkəmizin son 20 ildə əldə etdiyi uğurlardan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdən, antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyinin bərpa edilməsindən söz açdı. Ulu Öndər Heydər Əliyev siyasətinin xalqımızı milli birliyə və Qələbəyə qovuşdurduğunu diqqətə çatdıran Alı Alıyev, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin yeni –yeni diplomatik uğurlara imza atacağına qəti əminlik ifadə etdi.
Daha sonra YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, Füzuli rayon təhsil sektorunun müdiri Ramella Məmmədova, Füzuli Rayon Mədəniyyət Evinin direktoru Anar Ağayev çıxış etdilər. Çıxışçılar cənab İlham Əliyevin Prezident seçilməsinin Azərbaycan tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğu bir daha vurğuladılar, qazanılan uğurlar, Azərbaycana olan müsbət maraqların artması barədə geniş məruzə etdilər.
Sonda Bakı Mediya Mərkəzinin hazırladığı “İlham” adlı sənədli filmi nümayiş olundu.