Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev müasir, müstəqil Azərbaycanın memarıdır” mövzusunda konfrans keçirildi!

06 aprel 2023 | 12:38

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev müasir, müstəqil Azərbaycanın memarıdır” mövzusunda konfrans keçirildi. Konfransda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları Vüqar Bayramov və Aqil Abbas, Füzuli RİH başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Konfrans ümumilikdə 350 nəfərin iştirak ilə Heydər Əliyev Mərkəzində keçirildi.

Keçidlər