Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi!

02 avqust 2023 | 11:14
 
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ziyalıları, şəhid ailələri və qazilər iştirak etdilər. Tədbir başlamazdan öncə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək bütün milli-mənəvi dəyərlərimiz kimi ana dilimizin qorunmasında da Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətindən söz açdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyduğunu diqqətə çatdıran Alı Alıyev Ulu Öndər Heydər Əliyevin ölkəmizə ikinci rəhbərliyi dövründə də yeritdiyi fəal və ardıcıl dil siyasətinin Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdiyini bir daha vurğuladı. Alı Alıyev Azərbaycan dilinin inkişafı, ana dilin saflığı,və təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasətin bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
 
     Digər çıxışçılar Qayıdış qəsəbə 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Minarə Həsənova, Arayatılı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fazil Rüstəmzadə, Vətən müharibəsi qazisi Anar Azadov, M.Səfərov adına Horadiz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi (II yer) Dəniz Qarayeva çıxış edərək Heydər Əliyevin xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirməsindən, Azərbaycan dilinin hərtərəfli inkişafının, ümumişlək dilə, dövlət dilinə çevrilməsinin bilavasitə Heydər Əliyevin adı ilə bağlı olmasından bəhs etdilər.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Keçidlər