Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi!

01 fevral 2023 | 18:51

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirildi. Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən dəyirmi masada gənc qazilər, Vətən Müharibəsi iştirakçıları, Respublika Olimpiada və Fənn müsabiqələrində uğur qazanmış, eləcə də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisində Füzuli rayonunu təmsil edən gənc məktəblilər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyindən və Azərbaycan xalqının Ümummilli Liderə böyük sevgisinin göstəricisi olmasından bəhs etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə uğurlu gənclər siyasətinin banisi olduğunu diqqətə çatdıran Alı Alıyev, bu siyasətin Prezident İlham Əliyev tərəfindən daha da uğurla davam etdirdiyini bir daha vurğuladı. Vətən Müharibəsində Azərbaycan gəncliyinin şanlı tarix yazmasının gəncliyimizin öz dövlətinə sadiqliyi, vətənpərvərliyi,qəhrəmanlığı nəticəsində mümkün olduğunu diqqətə çatdıran rayon rəhbəri bütün gəncləri 2 Fevral Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara uğurlar, müvəffəqiyyətlər arzuladı.
Çıxış edən, fikirlərini bölüşən gənclər qazandıqları uğurların mənbəyində məhz Heydər Əliyev siyasətinin dayandığını, bu siyasətin layiqli davamçıları olan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə daim yüksək diqqət və qayğı göstərdiklərini vurğuladılar.
Sonda uğur qazanmış gənclərə rayon rəhbərliyi tərəfindən Fəxri Fərmanlar təqdim olundu.

Keçidlər