Şriftin ölçüsü :

Saytın rəngi :

“Horadiz əməliyyatı və böyük Zəfər tariximiz” adlı dəyirmi masa keçirildi!

06 yanvar 2025 | 17:10

Füzuli RİH-də “Horadiz əməliyyatı”nın 31–ci ildönümünə həsr edilmiş “Horadiz əməliyyatı və böyük Zəfər tariximiz” adlı dəyirmi masa keçirildi.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Aparatın əməkdaşları iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu ordu quruculuğu siyasətindən, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu “Horadiz əməliyyatı”nın hərbi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərdən söz açdı. Alı Alıyev Horadiz əməliyyatı ilə Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsinin Azərbaycanın hərb tarixində qürurverici qələbə olduğunu diqqətə çatdırdı. Alı Alıyev çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun qazandığı böyük Zəfərin mənbəyində məhz Ulu Öndər Heydər Əliyev siyasəti dayandığını bir daha vurğuladı.
Tədbir dəyirmi masa ətrafında müzakirələr formatında davam etdi.

Keçidlər