Horadiz şəhərində ağacəkmə aksiyası keçirildi!
20 noyabr 2025 | 10:19
20 noyabr 2025-ci il tarixdə Füzuli rayonu Horadiz şəhəri, Gənclər prospektində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyasında Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Füzuli Gənclər evinin əməkdaşları, Füzuli Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları, könüllülər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Ağacəkmə aksiyasında 0.15 ha ərazidə 15 ədəd Eldar şamı, 15 ədəd sərv, 20 ədəd heyva və 20 ədəd gavalı ağacları əkilmişdir. Yeni əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərildi.






