Horadiz şəhərində "Anım günü" tədbiri keçirildi!
22 sentyabr 2025 | 19:07
27 sentyabr Anım günü ilə bağlı silsilə tədbirlər davam etməkdədir.
22 sentyabr 2025-ci il tarixində Füzuli rayonu Horadiz şəhər qəbirstanlığında "Anım günü" tədbiri keçirilmişdir. Təbdirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Horadiz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Horadiz şəhər bələdiyyəsi, Horadiz şəhərində yerləşən məktəblərin kollektivi, şəhid ailələri, qazilər, şəhər sakinləri və ziyalıları iştirak etdilər. Tədbir iştirakçıları şəhidlərimizin məzarlarını ziyarət edərək tər-gül dəstələri düzdülər. Tədbirin gedişatında ziyalılar, şəhid ailələri və qazilər çıxışlar etdilər. Tədbir məktəblilərin şeir kompazisiyası ilə yekunlaşdı.






