Şriftin ölçüsü :

Saytın rəngi :

Horadiz şəhərində əmək yarmarkası keçirildi!

25 fevral 2025 | 17:30
Füzuli rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə əmək yarmarkası keçirilmişdir. Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Horadiz şəhərində təşkil olunmuş əmək yarmarkasına 21 işəgötürən təşkilat tərəfindən 100-dən artıq boş iş yeri çıxarılmışdır.
Yarmarkada iştirak edən 500-dək işaxtaran vətəndaşdan 300 nəfərdən artığı mövcud vakansiyalar üzrə yönləndirilmişdir.
Keçidlər