Horadiz şəhərində səyyar qəbul keçirildi!
06 mart 2023 | 15:23
Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 03.03.2023-cü il tarixdə Horadiz şəhərində Füzuli RİH-in məsul əməkdaşları və əlaqədar təşkilatların rəhbər şəxslərinin iştirakı ilə səyyar qəbul keçirdi. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, mütəmadi olaraq vətəndaşlarla səyyar qəbullar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilir. Səyyar qəbulda şəhər sakinlərinin müxtəlif sahələrdən olan müraciətləri dinlənildi. RİH başçısı tərəfindən müraciətlərlə bağlı sakinlərə müvafiq izahatlar və onları narahat edən problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verildi.