“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirildi!
07 noyabr 2023 | 17:32
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində, 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli RİH-nin inzibati binasında təşkil olundu. Tədbirdə Füzuli RİH başçısı Alı Alıyev, Füzuli Rayon prokuroru Elnur Rüstəmov, Füzuli Rayon Məhkəməsinin sədri Aqil Musayev, hüquqşünaslar, ziyalılar, şəhid ailələri və gənclər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkəmizdə hüquq siyasətinin və qanunvericilik bazasının yaradılmasının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırdı. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin müstəqil qanunvericilik bazamızda əks olunduğunu diqqətə çatdıran Alı Alıyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Zəfər nəticəsində hüquqları pozulmuş, doğma torpaqlarından didərgin düşmüş, 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş soydaşlarımızın hüquqlarının bərpasına şərait yarandığını diqqətə çatdırdı.
Daha sonra Füzuli Rayon prokuroru Elnur Rüstəmov, Füzuli Rayon Məhkəməsinin sədri Aqil Musayev, Füzuli RİH Hüquq şöbəsinin müdiri Rahib Bağırov çıxış etdilər. Çıxışçılar ölkəmizdə hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyəti üçün yaradılmış münbit şəraitdən, ölkəmizdə aparılan uğurlu hüquq-məhkəmə islahatlarından, Konstitusiyamızda təsbit olunan əsas insan hüquq və azadlıqlarından söz açdılar.
Daha sonra Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov çıxış etdi.