İctimai Şuranın iclası keçirilib
03 noyabr 2022-ci il tarixdə Füzuli RİH yanında İctimai Şuranın növbəti iclası keçirilib. İctimai Şuranın sədri, Zülfiqar Əliyev iclasda hesabat məruzəsi ilə çıxış edib. Məruzədə şuranın 10 aylıq fəaliyyətindən, gördüyü işlərdən danışılıb. İclasda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı qələbədən danışılıb, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın 44 gün ərzində işğaldan azad edildiyi vurğulanıb. Qeyd edilib ki, Füzuli RİH yanında İctimai Şuranın üzvləri Ermənistan üzərində qazanılan qələbənin 2-ci ildönümü ərəfəsində keçirilən ümumrayon tədbirlərində iştirak edərək, şəhid ailələrini, müharibə əlillərini və veteranlarını ziyarət ediblər. Şuranın iclasında həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edilib,otuz ilə yaxın məcburi köçkün kimi öz doğma yurdlarından didərginlik həyatı yaşayan həmvətənlərimizin yaxın vaxtlarda geri qayıtmalarına hazırlıq görüldüyü bildirilib. İclasda Şura üzvlərinin məruzə ətrafında çıxışlar dinlənilib.