Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Mahmudlu kəndində səyyar qəbul keçirildi !

20 oktyabr 2023 | 15:50

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 19.10.2023-cü il tarixdə aylıq səyyar qəbul qrafikinə uyğun olaraq İkinci Mahmudlu kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda Rayon İcra hakimiyyətinin məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, müxtəlif xidmət təşkilatların nümayəndələri iştirak etdilər. Alı Alıyev bildirdi ki, yerlərdə səyyar qəbulların keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.
RİH başçısı tərəfindən bütün müraciətlər həssaslıqla dinlənildi və Rayon İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq ən qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlarını verildi. RİH başçısı Alı Alıyev Rayon İcra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahat verdi

Keçidlər