Şriftin ölçüsü :

Saytın rəngi :

İnvestorların problem və çətinliklərini həll etmək üçün dövlət-biznes dialoqu çərçivəsində tədbirlər davam etdirilir!

11 fevral 2025 | 15:56

Azərbaycan Respublikası Prezidentinin 3378 nömrəli, 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.6.2. yarımbəndinin, investorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədi ilə 11.02.2025-ci il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Statistika İdarəsinin akt zalında tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ Regional bölməsinin əməkdaşının, sahibkarlar və fermerlər iştirak etmişdir

Keçidlər